Kampaniyalar
Azərşəkər öz müştərilərini daim yeni
məhsul çeşidləri ilə sevindirməyə davam edir.
Azərşəkər öz müştərilərini daim yeni
məhsul çeşidləri ilə sevindirməyə davam edir.
Azərşəkər öz müştərilərini daim yeni məhsul çeşidləri ilə sevindirməyə davam edir, bu bölməmizi tez tez izləyin...
Ölkə ərazisində bəzi işbazlar tərəfindən kəllə qənd məhsulunun ağardılması üçün süni və insan sağlamlığı üçün zərərli olan qatqı maddələrinin əlavə edilməsi ilə bağlı faktlar aşkarlanıb. Aparılan analiz və araşdırmalar nəticəsində yalnız “Azərşəkər” və AŞİB-də istehsal olunan digər markalı (Final, Evim) markalı məhsulların tərkibində heç bir zərərli qatqı maddələrinin olmadığı müəyyən edilib. Adıçəkilən markaların istehsalını müşahidə etmək və ictimaiyyəti keyfiyyətli kəllə qənd məhsullarının hazırlanma prosesi ilə tanış etmək məqsədilə ölkənin aparıcı KİV nümayəndələri İmişli Kəllə Qənd Zavodunu ziyarət ediblər.
İstehsal müəssisəsini ziyarət edən media nümayəndələri zavodda kəllə qəndin müasir səviyyədə, yüksək texniki və texnoloji qaydalara uyğun istehsal edilməsinin şahidi oldular. Burada bütün istehsal prosesinin qapalı mühitdə, xammalın qəbulundan son məhsulun qablaşdırılmasınadək tam avtomatlaşdırılmış avadanlıqlar hesabına həyata keçirildiyi mediya nümayəndələrinə nümayiş etdirildi. Jurnalistlərə Kəllə Qənd Zavodunda istehsal olunan “Azərşəkər”, “Final” və “Evim” markalı məhsulların istehsalı zamanı onların ağardılmasında heç bir kimyəvi, süni və zərərli kənar qatqılardan istifadə edilmədiyini, məhsulun ağardılması üçün düzgün texnoloji prosesin həyata keçirildiyini, bu məqsədlə istehsalda sentrafuqa avadanlığının tətbiqini və məhsulun təbii olaraq bəyaz hala gətirildiyini söyləyən Proses və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Yalçın Xəlilov kəllə qənd məhsulunun ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlandığını bildirdi. Qeyd edək ki, Kəllə Qənd Zavodunda istehsal olunan bu məhsullar yüksək keyfiyyətləri ilə rəqiblərindən fərqlənməklə yanaşı hazırda Rusiya, İraq, Gürcüstan və s. ölkələrə də ixrac edilir.
Xammalın qəbulundan hazır məhsulun istehsal edilərək qablaşdırılmasına qədər olan bütün istehsal prosesini izləyən media mənsubları burada da digər “Azərsun” müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunmasına və “Azərşəkər”, “Final” və “Evim” markalı kəllə qənd məhsullarının tam təhlükəsiz və qidaya uyğun halda istehsal edilməsinə bir daha əmin oldular.