Məhsullar

Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur.

Kəllə qənd

Yüksək keyfiyyətli şəkər tozu Kəllə Qənd Fabrikinin müvafiq əritmə qazanlarında əridilərək xüsusi filtirlərdən keçirilir, arıtlanır və bundan sonra əmələ gələn şəkər şərbəti Vakuum bişirim aparatına daxil edilərək  75-85 °C  temperaturda tam qapalı sistemdə bişirilir. Daha sonra bişmiş və qatılaşdırılmış şərbət qəliblərə doldurulur və burada bərkimə prosesi həyata keçirilir. Növbəti mərhələdə bu qəliblər dəqiqədə 550-600 dəfə fırlanma sürəti ilə fırlanan sentrafuqalara yerləşdirilir və bu fırlanma nəticəsində Azərşəkər Kəllə Qəndin bəyazlığı maksimum səviyyədə təmin olunur (bu proses mərkəzdən qaçma qüvvəsinə əsaslanır). Daha sonra bütöv (konusvari) şəkildə istehsal edilmiş kəllə qənd məhsulu qurutmaya verilərək doğrama qurğuları vasitəsilə doğranılır və qablaşdırılır. Bütöv bu proses boyunca heç bir kimyəvi qatqılardan istifadə edilmir və bütün proseslər qapalı formada tam avtomatlaşdırılmış rejimdə aparılır.

  • Card image cap

    Kəllə Qənd

    150 qr

  • Card image cap

    Kəllə Qənd

    3 kq

  • Card image cap

    Kəllə Qənd

    600qr / 800 qr

  • Card image cap

    Kəllə Qənd

    500 qr / 750 qr

  • Card image cap

    Kəllə Qənd

    5 kq

  • Card image cap

    Kəllə Qənd

    2 kq

  • Card image cap

    Kəllə Qənd

    4 kq

  • Card image cap

    Kəllə Qənd

    10 kq

  • Card image cap

    Bütöv Kəllə Qənd

    2 ədəd

  • Card image cap

    Kəllə Qənd

    15 kq