Məhsullar

Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur.

Şəkər tozu

Bundan əlavə, Azərşəkər öz istehlakçılarının rahatlığına və sağlamlığına dəyər verərək yeni Stick Şəkər məhsullarını münasib formada qablaşdırıb onlara təqdim edir. Bu yeni məhsullarda şəkər tozu bərabər çəkilərdə və xüsusi şəkildə qablaşdırılmış və istehlakçıların istifadəsi üçün tam hazır vəziyyətə gətirilmişdir. Həmçinin bu kateqoriyada yeni bir məhsul – Qəhvəyi Şəkər Tozu məhsulu da istehlakçılara təqdim olunur. Özünəməxsus gözəl qoxusu, tamı və xüsusi təbii şəkər ləzzətini özündə əks etdirən Azərşəkər qəhvəyi stick şəkər tozu çay və qəhvə ilə birgə istifadə edilməsi üçün mükəmməldir. Azərşəkər Stick Şəkər məhsullarını istifadə etməklə istehlakçılar həm rahatlığa qovuşacaq, həm də sağlamlıq baxımından istifadə etdikləri şəkərin miqdarına daha yaxşı nəzarət edə biləcəklər.

Qəhvəyi şəkər 

Dünyada istehsal olunan şəkər məhsulları əsasən iki cür istehsal olunur ki, bunlardan biri bizim bildiyimiz kimi Ağ Şəkər, digəri isə bizim istehlak mədəniyyətimizdə çox az rast gəlinən amma xüsusi dəyərə və faydalı cəhətlərə sahib olan Qəhvəyi Şəkərdir. Əslində dad baxımından bir birinə yaxın olan bu iki məhsulun əsas fərqi onların mənşəyindən və emalından, yəni rafinasiya mərhələsindən keçib keçməməsindən ibarətdir. Belə ki, Ağ Şəkərdən fərqli olaraq Şəkər qamışından emal olunmuş xam şəkər yüksək səviyyədə saflaşdırılmadan qurutmaya verilir ki, bu da onun tərkibində olan bir çox faydalı maddələri saxlayaraq məhsulun təbiiliyini qoruyur və ona xüsusi xoş tam və qoxu bəxş edir. Ağ şəkərdən fərqli olaraq daha yüksək istehlak dəyərlərinə və faydalarına sahib olan Qəhvəyi Şəkər xüsusi istehlakçı tələbatını ödəməklə dünya bazarında müəyyən bir dövrü keçmişdir. Hazırda Azərbaycanda bu məhsul kateqoriyasında çox kiçik bir paya sahib olan rəqib məhsullar vardır ki, bunların da qiyməti milli istehlakçıların tələbatına o qədər də cavab vermir.

  • Card image cap

    Qəhvəyi şəkər tozu

    500 qr

  • Card image cap

    Şəkər Tozu

    700 qr / 1500 qr

  • Card image cap

    Şəkər Tozu

    5 kq