Məhsullar

Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur.

Qəhvəyi şəkər tozu

Dünyada istehsal olunan şəkər məhsulları əsasən iki cür istehsal olunur ki, bunlardan biri bizim bildiyimiz kimi Ağ Şəkər, digəri isə bizim istehlak mədəniyyətimizdə çox az rast gəlinən amma xüsusi dəyərə və faydalı cəhətlərə sahib olan Qəhvəyi Şəkərdir. Əslində dad baxımından bir birinə yaxın olan bu iki məhsulun əsas fərqi onların mənşəyindən və emalından, yəni rafinasiya mərhələsindən keçib keçməməsindən ibarətdir. Belə ki, Ağ Şəkərdən fərqli olaraq Şəkər qamışından emal olunmuş xam şəkər yüksək səviyyədə saflaşdırılmadan qurutmaya verilir ki, bu da onun tərkibində olan bir çox faydalı maddələri saxlayaraq məhsulun təbiiliyini qoruyur və ona xüsusi xoş tam və qoxu bəxş edir. Ağ şəkərdən fərqli olaraq daha yüksək istehlak dəyərlərinə və faydalarına sahib olan Qəhvəyi Şəkər xüsusi istehlakçı tələbatını ödəməklə dünya bazarında müəyyən bir dövrü keçmişdir. Hazırda Azərbaycanda bu məhsul kateqoriyasında çox kiçik bir paya sahib olan rəqib məhsullar vardır ki, bunların da qiyməti milli istehlakçıların tələbatına o qədər də cavab vermir.

  • Card image cap

    Qəhvəyi şəkər tozu

    500 qr

  • Card image cap

    Qəhvəyi şəkər tozu

    400 qr

  • Card image cap

    Qəhvəyi şəkər tozu

    200 qr