Tarixçə

2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı.

Dünyada Şəkər İstehsalı

Dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon ton şəkər qamışının, 36-38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. 

Şəkərin istеhsаlı üçün əsas хаmmаl şəkər qamışı və şəkər çuğundurudur. Dünya üzrə istehsal olunan şəkərin 45%-i şəkər çuğundurundan, 55%-i şəkər qamışından alınır. Nə qədər ki, şəkər qamışından qənd almaq üsulu məlum deyildi, insanlar qamışı çeynəyib şirəsini udmaqla kifayətlənməli olurdular.