Tarixçə

2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı.

Şəkər Haqqında

Şəkər gündəlik istifadə olunan qida məhsulu olaraq insan həyatında çox mühüm yer tutur. Xeyirli maddələrlə zəngin olan bu qida məhsulu orqanizmi tələb olunan enerji ilə təmin edir. Elmdə “saxaroza” adı ilə tanınan bu məhsul həm şəkər qamışından, həm də şəkər çuğundurundan əldə olunur. Vətəni Hindistan olan şəkərin, qamışdan əldə olunması daha qədim tarixə söykənsə də, onun çuğundurun tərkibində aşkar edilməsi 1747-ci ilə təsadüf edilir. 

İşlətdiyimiz “şəkər” sözü qədim sanskrit dilindəki “sakara” sözündən əmələ gəlib. Mənası “qatışdırılmış şirə” deməkdir. Şəkər - bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunn bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon ton şəkər qamışının, 36-38 milyon tonu şəkər çuğundurunun payına düşür.