Tarixçə

2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı.

Şəkər tozu

Yüksək keyfiyyətli şəkər tozu Kəllə Qənd Fabrikinin müvafiq əritmə qazanlarında əridilərək xüsusi filtirlərdən keçirilir, arıtlanır və bundan sonra əmələ gələn şəkər şərbəti Vakuum bişirim aparatına daxil edilərək 75-85 °C temperaturda tam qapalı sistemdə bişirilir. Daha sonra bişmiş və qatılaşdırılmış şərbət qəliblərə doldurulur və burada bərkimə prosesi həyata keçirilir. Növbəti mərhələdə bu qəliblər dəqiqədə 550-600 dəfə fırlanma sürəti ilə fırlanan sentrafuqalara yerləşdirilir və bu fırlanma nəticəsində Azərşəkər Kəllə Qəndin bəyazlığı maksimum səviyyədə təmin olunur (bu proses mərkəzdən qaçma qüvvəsinə əsaslanır). Daha sonra bütöv (konusvari) şəkildə istehsal edilmiş kəllə qənd məhsulu qurutmaya verilərək doğrama qurğuları vasitəsilə doğranılır və qablaşdırılır. Bütöv bu proses boyunca heç bir kimyəvi qatqılardan istifadə edilmir və bütün proseslər qapalı formada tam avtomatlaşdırılmış rejimdə aparılır.