AZƏRŞƏKƏR-in yaranması
İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır.Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montaj heyəti tərəfindən həyata keçirilmişdir. 23 Mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir.Imişli şəkər zavodunun illik istehsl gücü 60000 tondur.Azərbaycan Şəkər İstehsalat Birliyinin fəqaliyyətə başlamsı nəticəsində 10000 lərlə insanın məşğulluğu təmin olunub. Bu gün İmişli şəhəri sənaye şəhərinə çevrilərək, əsasən şəkər zavodunun fəaliyyəti nəticəsində özünü maliyyələşdirən rayonlardan birinə çevrilmişdir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur.
2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı. 2011-ci ildən etibarən isə İmişli Kəllə Qənd Zavodunda istehsal olunan “Azərşəkər” qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunmağa başladı. 2006-cı ildən etibarən bazara təqdim edilən “Azərşəkər” öz keyfiyyəti ilə qazandığı istehlakçı etimadını hələ uzun illər davam etdirməyə qadir bir markadır.
Ümumiyyətlə şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar əlavələrin olub-olmamasına görə müəyyən edilir. “Azərşəkər” markalı məhsullar mükəmməl dadı, unudulmaz şirinliyi, gözəl rəngi, xoş görünüşü və forması ilə qənd sevən insanların tələbatını yüksək səviyyədə ödəməyə qadirdir.