Marketinq Konsepsiyası
"Azərşəkər" – Keyfiyyətin adı!
- Ölkəmizin keyfiyyətli kəllə qəndə olan tələbatının qarşılanması məqsədilə 2011-ci ildən yüksək texniki və texnoloji standartlara cavab verən, müasir infrastruktur və avadanlıqlarla təchiz edilmiş İmişli Kəllə Qənd Fabrikində istehsal olunan Azərşəkər məhsulları öz keyfiyyəti və dadı ilə həqiqətən də rəqiblərindən seçilir.
- Yüksək keyfiyyətə sahib olan Azərşəkər məhsulları öz mükəmməl dadı, unudulmaz şirinliyi, xoş görünüşü və münasib ölçüdə doğranmış və qablaşdırılmış formaları ilə qənd həvəskarlarının tələbatını ən yüksək səviyyədə ödəməyə qadirdir.
- Tam təbii və qatqısız şəkildə, həmçinin yüksək gigiyenik şərtlərə uyğun olaraq istehsal olunan Azərşəkər Kəllə Qəndlərinin əsas keyfiyyət göstəricilərindən biri də rəqiblərdən fərqli olaraq onların bəmbəyaz olmasıdır. Bu isə, Azərşəkər məhsullarının müasir texnologiya əsasında və yüksək keyfiyyətli xammalın emalı ilə əldə olunmasının əsas göstəricisidir.
- Azərşəkər Qənd məhsulları hazırda daxili bazarda satışa verilməklə yanaşı Orta Asiya, Rusiya, Yaxın Şərq, Gürcüstan və s. ölkələrə də ixrac olunur.
- Azərşəkər Qənd məhsulları çesidlərində istehlakçıları düşünərək rahat istifadəli qablaşdırmalar xüsusi olaraq nəzərə alınmışdır. Azərşəkər məhsulları içərisində qidaya uyğun qablaşdırmalarda müxtəlif kəllə qənd çeşidləri mövcuddur.